cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Kuman Messini niyə təbrik etdi?

12.01.2017 09:10 Oxundu 2039

"Barselona"nın hücumçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə hollandiyalı sabiq "Barsa"lı Ronald Kumana çatıb. Qeyd edək ki, dünən "Barselona" "Atletik"ə 3:1 hesabı ilə qalib gəlib və İspaniya Kubokunda 1/4 finala yüksəlib. Həmin oyunun 78-ci dəqiqəsində Messi cərimə zərbəsini qola çevirib. Bu, Messinin cərimə zərbəsindən vurduğu 26-cı qol olub. Məlumat üçün bildirək ki, argentinalı bununla da belə mövqelərdən aktivində bu qədər qol olan Kumana çatıb. Bu, klubun tarixində ən yaxşı göstəricidir. Hollandiyalı tvitter səhifəsində bu nailiyyət münasibəti ilə Messini təbrik edib: "Messi mənim təbriklərimi qəbul et! Yeni rekorda bir qol qalır".