12.01.2017 10:53
2057
2057
“İnter” yarımmüdafiəçi Ruslan Abışovla yollarını ayırıb. Bu barədə “bankirlər”in prezidenti Azər Əliyev məlumatıverib. O bildirib ki, Abışov mövsümün ikinci yarısından etibarən “Neftçi”nin formasını geyinəcək.“İnter”in rəhbəri milli komandamızın üzvünün mövsümün sonuna qədər müqavilə müddəti olduğundan, “Neftçi”nin bu keçid müqabilində onlara kompensasiya ödəyəcəyini də əlavə edib.Qeyd edək ki, Ruslan Abışov 2006-2012-ci illərdə "Neftçi"nin formasını geyinib.
Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.