cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” Ruslan Abışovla müqavilə bağlandı

12.01.2017 11:50 Oxundu 1970

"Neftçi” PFK transfer işlərini davam etdirir. Milli komandamızın üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlanıb. "Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək "ağ-qara” formanı geyinib. Bundan sonra "Xəzər Lənkəran”, "Rubin” (Rusiya) və "Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.