2216
FİFA 2017-ci il üçün milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. FİFA-nın yaydığı xəbərə görə, komandamız ötən ay olduğu kimi mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb. Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin çalışdırdığı yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü), Şimali İrlandiya (32-ci), Çexiya (43-cü), və San Marinonun da (202-ci) mövqeyi dəyişməyib. Yalnız Norveç bir pillə geriləyərək 84-cü yerə düşüb.
Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir. Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.
Millimiz və “qonşular”ı
85 (87). Qətər - 416
86 (86). Ermənistan – 412
87 (89). Keniya - 396
88 (88). Zambiya - 395
89 (85). Liviya – 390
90 (90). Azərbaycan - 386
90 (91). Toqo – 386
92 (93). Antiqua və Barbuda – 370
93 (93). Finlandiya – 368
93 (92). Ruanda - 368
95 (95). Boliviya - 359