2044
"Çelsi"dən" Çinin "Şanxay SİPQ" klubuna transfer olunmuş Oskar hesab edir ki, onun yeni komandanın heyətində çıxış etməsi heç də geriyə doğru atılan addım deyil. Braziliyalı gələcəkdə Çin Liqasının dünyanın ən yaxşılardan biri olacağını əminliklə dilə gətirib: "Mən düşünmürəm ki, geriyə addım atmışam. Çinə təşrif buyurmuş hər bir oyunçu üçün layihələr cızılır. Əminəm ki, gələcəkdə Çin liqası dünyada ən yaxşılardan olacaq. Əgər mən burada da yaxşı çıxış etsəm, yəqin ki, Braziliya yığmasına da dəvət alaram. Burada heç bir problem görmürəm".
Oskar (illik 25 milyon avro) Braziliya millisindəki yerini riskə atan "Çelsi"nin sabiq futbolçusu keçmiş komandasına 70 milyon avro qazandırıb. "Çelsi" Oskarı 2012-ci ildə "İnternasional"dan 32 milyon avroya almışdı.