12.01.2017 13:33
2067
2067
“Qalatasaray” qış fasiləsində ikinci transferini reallaşdırıb.“Cim-bom” “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib. Keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verilib. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən “Qalatasaray”ın futbolçusu kimi təqdim olunması gözlənilir.
Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib.