cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ozan Can kimə üstünlük verəcək?

12.01.2017 16:12 Oxundu 2516

Azərbaycanın 21 yaşlılardan ibarət millisinə çağırılan Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Ozan Can Kökcü Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin də "ay ulduzlu" komandasına namizədlərindəndir. Təcrübəli mütəxəssis Ozan Can və onun qardaşı Orkunu da komandaya çağırmaq fikrindədir.

Azərbaycan da futbol millisi türkiyəli oyunçu Ozan Kökçüyü heyətinə qatmaq niyyətindədir. Məlumata görə, "Feyenoord"un U-19 komandasında oynayan Ozan Kökçü Azərbaycanda U-21 komandasına çağırılıb. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki futbolçunu izləmək üçün yanvarın 13-də Türkiyəyə gələcək. Xorvat mütəxəssis Antalyada təlim-məşq toplanışında olan U-21 millimizin yoxlama matçlarında 18 yaşlı yarımmüdafiəçinin oyununa baxacaq. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.