cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Şəmkir" "Kuşadası"na qalib gəldi

12.01.2017 18:00 Oxundu 2185

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şəmkir" bu gün ilk yoxlama oyununu keçirib. I divizion təmsilçisi Türkiyənin aşağı liqasında çıxış edən "Kuşadası" ilə üz-üzə gəlib. Qarşılaşma Qəhrəman Əliyevin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 78-ci dəqiqədə Etibar Süleymanov vurub.