şənbə, 16 fevral 2019

FOTO XƏBƏR

Qrem Teylor vəfat edib

12.01.2017 18:13 Oxundu 2536

İngiltərə millisinin sabiq baş məşqçisi Qrem Teylor vəfat edib. Yığma və “Aston Villa” klubundakı fəaliyyəti ilə tanınan mütəxəssis dünyasını 72 yaşında dəyişib.Teylorun ölümünə ürək tutması səbəb olub. İngiltərə Premyer Liqasında 1000 və daha çox oyun keçirən mütəxəssis 1983-cü ildə “Uotford”, 7 il sonra “Aston Villa”nı çempionatın gümüş medallarına daşıyıb. 1990-93-cü illərdə yığmaya rəhbərlik edən Teylorun son iş yeri də 2002-03-cü illərdə çalışdığı “Aston Villa” olub.