12.01.2017 20:49
2154
2154
Çempionatın qış hazırlığı müddətində “Kəpəz”in əvəzedici heyəti üç yoxlama oyunu keçirməyi planlaşdırıb. “Sarı-göylər”in rəqiblərindən biri artıq məlumdur. Nizami yurdunun təmsilçisi I divizionun lideri “Turan Tovuz”la qarşılaşacaq. Bu oyun yanvarın 14-də saat 16:00-da rəqib meydanında keçiriləcək.