12.01.2017 20:58
2319
2319
"Neftçi” PFK-nın əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir. Gündə iki dəfə məşq edən komanda hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. "Bayıl Arena”da baş tutmuş görüşdə əvəzedicilər "Səbail” klubu ilə qarşılaşıb. 1:3 hesabı ilə nəticələnmiş oyunda "Neftçi"nin qolunu Kənan Mirzəliyev vurub.
Qeyd edək ki, əvəzedici təlim-məşq toplanışı çərçivəsində yanvarın 15-də "Şərurspor”, 18-də "İnter” (əvəzedicilər), 21-də isə "Şahdağ” (Qusar) klubu ilə qarşılaşacaq.