cümə, 19 aprel 2024

FOTO XƏBƏR

“Real” "Barselona"nın rekordu qırdı

13.01.2017 07:18 Oxundu 5501

Madird təmsilçisi “Real” İspaniya kubokunun 1/8 final mərhələsinin “Sevilya” ilə cavab oyununda 3:3 hesablı bərabərliklə uğurlu seriyanı 40-a çatdırıb.

Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın 2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekordu (39 oyun) yeniləyib. “Real” son 40 oyunun 30-da qalib gəlib, 10-da heç-heçə edib.

Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin 6-da Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).