2401
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsinin son oyununu keçirəcək. Yığmamız Slovakiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.
Litvaya 1:2 hesabı ilə uduzub, Qazaxıstanla 2:2 hesablı heç-heçə edən Təbriz Həsənovun yetirmələri xal itirsə, 9-16-cı yerlər uğrunda mübarizə aparmalıdı. Komandamız qalib gəlsə də, bu, yığmamıza yetərli olmaya bilər. Günün ilk matçında Qazaxıstan Litvaya qalib gəlsə, millimiz 2-ci yer şansını itirəcək. Qazaxıstan xal itirsə, komandamız qələbə ilə 1/4 finala irəliləyə bilər.
|
1 |
Litva |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
2 |
Qazaxıstan |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
|
3 |
Slovakiya |
2 |
0 |
2 |
0 |
0-0 |
2 |
|
4 |
Azərbaycan |
2 |
0 |
1 |
1 |
3-4 |
1 |