bazar, 24 avqust 2025

DÜNYA FUTBOLU

Ən yaxşı məğlubiyyətsizlik seriyası olan komandalar

13.01.2017 12:32 Oxundu 2495

UEFA bütün turnirlərdə keçirdiyi oyunlardakı məğlubiyyətsizlik seriyasını ən azı 40-a çatdırmış komandaların adlarını açıqlayıb. Məlumata görə, "Real" buna nail olan 9-cu komanda kimi tarixə düşüb. Madridlilər İngiltərə rekordçusu "Nottinhem Forest"lə eyni göstəriciyə malikdir. Sonuncular 1978-ci ildə ardıcıl 40 dəfə uduzmayıb.

Avropanın ən yaxşısı isə "Seltik"dir. Şotlandiyalılar 1915-17-ci ildə 62 oyunluq seriyaya imza atıb. Özü də bu komanda iki oyununu eyni məkanda eyni gündə keçirib. 100 illiyi olan bu seriya Belçika təmsilçisi "Union"u cəmi 2 matç arxada qoyur. Bu komanda 1933-35-ci illərdə 60 görüşdə heç kimə boyun əyməyib.

Sonrakı komandaların göstəriciləri isə belədir:

"Benfika" 50 (1963-65)

"Dinamo" Zaqreb 45 (2014-1045)

"Ayaks" 42 (1995- 1996)

"Milan" 42 1991-1992

"Nottinqem Forest" 40 (1978)

"Real" 40 (2016-2017)

Məlumata görə, 1997/98 mövsümündə "Qızıl dubl" edən "Kəpəz" çempionat və kubokdakı 35 matçda uduzmasa da, qitə kuboklarındakı uğursuzluqlar seriyanı böyüməsinə imkan verməyib.