cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Oyundakı fərq "Sevilya"ya dörddəbir finala çıxmağa imkan verirdi"

13.01.2017 13:17 Oxundu 2354

Xəbər verdiyimiz kimi, İspaniya Kral Kubokunda 1/8 finalın cavab oyunları başa çatıb. "Alaves", "Alkorkon", "Real Sosyedad", "Atletiko" və "Barselona"dan sonra "Eybar", "Selta" və "Real" da yarımfinal uğrunda mübarizəyə qoşulublar. Bunların arasında "Sevilya" - "Real" - 3:3 (ilk oyun - 0:3) daha maraqlı keçib. (Qollar: Danilo, 10 (öz qapısına), Yovetiç, 53, İborra, 78 - Asensio, 48, Ramos, 82 (pen.), Benzema, 90+3)

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli bildirib ki, onun komandası İspaniya Kubokunun dörddə bir finalına çıxa bilərdi. Amma komandası Kral Kubokunun 1/8 finalının cavab oyununda öz meydanında Madridin "Real"ı ilə heç-heçə oynadı və turnirdə çıxışını dayandırdı: "Dəlisov oyun? Düşünürəm ki, "dəlisov" sözü bu oyunla bağlı danışanda lap yerinə düşür. "Sevilya" bütün 90 dəqiqə hücum etdi. 13-15 qol imkanı yaratdı. Amma.... Oyunun gedişatını nəzərə alsaq, bu matçda heç-heçə ədalətsiz nəticə oldu. Görüşün əsas qəhrəmanı rəqibin qapıçısı idi. Buna baxmayaraq oyundakı fərq "Sevilya"ya dörddəbir finala çıxmağa imkan verirdi. Hətta bu fərq ilk oyundan daha çox gözə çarpırdı".