cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Qrupda qaldıq

13.01.2017 14:58 Oxundu 2167

Təbriz Həsənovun baş məşqçisi olduğu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti uğursuzluğunu yaşayıb. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən millimiz qrupda qalıb.Buna günün ilk oyununun nəticəsi səbəb olub. Litvanı 2:0 hesabı ilə məğlub edən Qazaxıstan millisi 5 xalla 1-ci pilləyə yüksəlib. 4 xala malik Litva isə 2-ci sıraya düşüb.

Litvaya 1:2 hesabı ilə uduzub, Qazaxıstanla heç-heçə edən (2:2) Həsənovun yetirmələri Slovakiyanı istənilən nəticə ilə məğlub etsə də, ilk iki yerə həsrət qalacaq. Çünki ən yaxşı halda 4 xalı olacaq komandamız Litvadan geridə olacaq. Bu da şəxsi oyunların nəticəsinə görə belədi. Əsasnamədə xallar bərabər olduqda məhz şəxsi oyunun həlledici xarakter daşıdığı əksini tapıb.

1

Qazaxıstan

3

1

2

0

4-2

5

2

Litva

3

1

1

1

2-3

4

3

Slovakiya

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

3-4

1