cümə, 25 iyul 2025

DÜNYA FUTBOLU

Dalbadal 3 dəfə ayın məşqçisi seçildi

13.01.2017 16:09 Oxundu 2211

"Çelsi"nin baş məşqçisi Antonio Konte Premyer Liqada dekabr ayının ən yaxşı məşqçisi seçilib. İtaliyalı mütəxəssis ardıcıl üçüncü aydır ki, bu göstəricidə həmkarlarını üstələyir. Bununla da 47 yaşlı çalışdırıcı adını İngiltərə Premyer Liqası tarixinə yazdırıb. O, dalbadal 3 dəfə bu mükafata layiq görülən yeganə məşqçidir.

Qeyd edək ki, Premyer Liqanın lideri olan "Çelsi" dekabrda keçirdiyi 6 oyunun ("Mançester Siti" -3:1, "Best Bromviç Albion" -1:0, "Sanderlend" - 1:0, "Kristal Pelas" -1:0, "Bornmut" - "3:0, Stok Siti" 4:2) hamısında qalib gəlib.