cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Qırmızı-qaralar” “Partizani” ilə bacarmadı

13.01.2017 19:21 Oxundu 2389

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.“Qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəliblər.

Görüş təmsilçimizin üstünlüyü ilə başlayıb. Hesabı da Roman Qriqorçukun yetirmələri açıb. Nika Kvekveskiri ilk hissənin sonlarında fərqlənib. İkinci hissədə isə rəqib iki qol vuraraq qələbə qazanıb.

Yoxlama oyunu

“Qəbələ” – “Partizani” - 1:2

Qol: Kvekveskiri, 43

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6, Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 21. Roman Hüseynov, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev

Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 20. Rikardinyo, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov