cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Kimyaçılar" 1:3 hesablı məğlubiyyətə üzülüb

13.01.2017 19:26 Oxundu 2460

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama matçına çıxıb. “Gənclik şəhəri” təmsilçisi “Şkenderbeu” ilə üz-üzə gəlib.Oyun ərzində rəqibindən zəif təsir bağışlayan "kimyaçılar" 1:3 hesablı məğlubiyyətə üzülüb. Qeyd edək ki, “Sumqayıt” Türkiyədə olduğu müddətdə “Nasaf” (Özbəkistan: 16 yanvar) və “Atırau” (Qazaxıstan: 19 yanvar) ilə də yoxlama görüşü keçirəcək.

Yoxlama oyunu

13 yanvar

"Sumqayıt" - "Şkenderbeu" (Albaniya) - 1:3

Qol: Mirabdulla Abbasov, 90

“Sumqayıt”ın start heyəti: Fərhad Vəliyev, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Rail Məlikov, Azər Salahlı, Vaquf Güləliyev, Sergey Çernışev, Fərhat Qıstarov, Amil Yunanov, Xəyal Nəcəfov, Məhəmməd Qurbanov