13.01.2017 23:06
2239
2239
"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komanda hazırlığın doqquzuncu günündə bir məşqlə kifayətlənib. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürən məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərin ardından fiziki təmrin və toplu çalışmalarla kifayətlənib. Bir neçə gündür, fərdi məşq edən Elşən Abdullayev bu gün komandayla çalışmalara qoşulub. Reynaldo Silva isə fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.
Digər zədəli futbolçumuz Coşqun Diniyev isə məşqdə iştirak etməyib.
Qeyd edək ki, komandamızın sabah üçün iki məşqi nəzərdə tutulub.