cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Millimiz İranla qarşılaşacaq

14.01.2017 00:01 Oxundu 2398

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimizin növbəti rəqibi bəlli olub. C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış komandamız İran yığması ilə qarşılaşacaq.

Cənub qonşularımız son matçda Moldovalı həmyaşıdlarına 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və 9-16-cı yerlər uğrunda mübarizədə millimizə rəqib olub.

Görüş yanvarın 15-də saat 15:15-də start götürəcək.