14.01.2017 00:04
2220
2220
“İnter” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına davam edir. “Bankirlər” toplanış çərçivəsində dörd yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Daha əvvəldən ilk üç rəqib müəyən olsa da, artıq dördüncü komandanın adına da aydınlıq gəlib.Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordabaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq."İnter"in rəqiblərini bir daha xatırladırıq:
15.01.2017 - "Ordubaşı" (Qazaxıstan)
18.01.2017 - "Botoşani" (Rumıniya)
19.01.2017 - "İstiqlol" (Tacikistan)
21.01.2017 - "Orenburq" (Rusiya)