cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Messiyə görə işindən oldu

14.01.2017 00:05 Oxundu 2361

"Barselona" Pere Qratakosu direktor postundan azad edib. Bu barədə İspaniya mətbuatı məlumat verib. Bu onun Messi ilə bağlı verdiyi açıqlamadan sonra baş verib. Qeyd edək ki, o, Barselona 1/4 finala çıxanda verdiyi müsahiblərinin birində deyib: "Barselona" yalnız Messidən ibarət deyil. Amma o, çox vacib fiqurdur, nəticədə komanda qalib gəlir. Amma Neymar, Suares, İnyesta, Pike və digər futbolçular olmasaydı, Messi belə yaxşı olmazdı".

Kataloniya klubunun rəsmi saytı onun gedişi ilə əlaqədar belə bir açıqlama verib: "Qratakos direktor vəzifəsindən azad edilib, ona görə ki o, klubun maraqaları ilə üst-üstə düşməyən fikirlərini mətbuata açıqlayıb". Amma o klubun strukturunda fəaliyyətini davam etdirəcək. Belə ki, o, gənclər akademiyasının rekonstrukturuna nəzarət edəcək.

Onu da xatırladaq ki, 2010-cu ildə Messi "Qızıl top" alanda Qratakos demişdi ki, Afrikada belə Messidən çox var.