2490
"Çelsi"nin forvardı Dieqo Kosta bu gün İngiltərə Çempionatının 21-ci turunda komandasının "Lester"ə qarşı keçirdiyi matça çıxmayacaq. İspan futbolçusunun zədəsinin ətrafında yaranmış fikir ayrılıqları son anda baş məşqçi ilə qalmaqala səbəb olub.
Mənbənin məlumatına görə, klubun həkiminə Kosta çiyin ağrılarından şikayətlənib və deyib ki, bu ağrılar ona yaxşı oynamağa imkan vermir. Lakin həkimlər onun səhhətində heç bir problem olmadığını və meydana çıxa biləcəyini söyləyiblar. Baş məşqçi L. Konte də tibbi heyəti dəstəkləyib. Bu da baş məşqçi ilə Kostanın arasında münaqişəyə səbəb olub. Son anda "Çelsi"nin çalışdırıcısı onun adını bu gün çıxış edəcək heyətə salmayıb. Bildirilir ki, bu vəziyyət Kostanın "Çelsi"dən başqa kluba keçməsi ilə nəticələnə bilər.