cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Mançester Yunayted" - "Liverpul" oyununda "Hörümçək kamera" da olacaq

14.01.2017 00:36 Oxundu 2437

Bazar günü keçiriləcək "Mançester Yunayted" - "Liverpul" oyununda "hörümçək kamera"dan istifadə olunacaq. İlk dəfə İngiltərə Preymyer Liqasında tətbiq olunacaq bu texnologiya azarkeşlərə əlavə zövq verəcək. Məlumatda deyilir: "Biz istəyirik ki, azarkeşlər oyuna daha yaxın olsunlar. Bu texnologiya buna imkan verəcək. Ondan əsasən standart vəziyyətlərdən istifadə olunacaq. Bir də düşünürük ki, bu oyunun analizi üçün ən yaxşı vasitə olacaq".

Qeyd edək ki. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Olimpiya kəndində yerləşdirilən hörümçək kameranın tamaşaçıların üzərinə düşməsi nəticəsində 3 azarkeş yüngül xəsarət alımışdı.