cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Diniyev əvəzedicilərə etimad göstərir

14.01.2017 01:04 Oxundu 2299

Ölkə paytaxtında təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına əvəzedici heyətin 6 üzvü qoşulub. Baş məşqçi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.
Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da forma geyinmək şansı qazanacaq.

Qeyd edək ki, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır.
“Sarı-göylər” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular bu müddət ərzində saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq. Gəncə klubu toplanış dövründə 4 yoxlama matçı da keçirəcək.