cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Georgi Navalovski: "Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”

14.01.2017 01:14 Oxundu 2301

“Neftçi”nin gürcü futbolçusu Georgi Navalovski klub televiziyasına açıqlama verib. O, təlim məşq toplanışının gedişatı haqqında fikirlərini bölüşüb:

"Təlim-məşq toplanışı normal keçir. Əhval-ruhiyyəmiz çox yaxşıdır. Biz, demək olar ki, vahid mehriban komandayıq. Hiss olunur ki, bir ailəyik. Məqsədimiz budur ki, çempionat başlayanadək hazır olaq. Komandanın qarşıya qoyulan məqsədə çatması və buna birlikdə nail olmağımız üçün hər şey etmək istəyirəm. Əgər yaxşı hazırlaşıb, öz işimizin öhdəsindən yaxşı gəlsək, hər şey edə bilərik. "Neftçi” azarkeşlərinə demək istəyirəm ki, əsas odur ki, onlar bizə inansınlar. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.