2208
"Mançester Yunayted"den "Everton"a transfer olunmuş fransalı yarımmüdafiəçi Morqan Şneyderlen deyib ki, o, "qırmızı şeytanlar"dan və baş məşqçi Mourinyodan problemsiz ayrılıb: "Joze mənə yaxşı münasibət bəsləyirdi. Aramızda keçidlərlə bağlı söhbətlər də olurdu. Mən daha irəli getmək istəyirdim. Çox şadam ki, onun yanına gəlib ili ehtiyat oyunçular skamyasında oturmaqla keçirə bilmərəm dedikdə o məni dəstəklədi. Mən "Mançester Yunayted"ə böyük ümidlərlə gəlmişdim. Bu komanda üçün əlindən gələni etmək istəyirdim. Amma görünür mən klubun tarixinin ən yaxşı dövründə bura gəlmədim. Ötən il biz yaxşı futbol nümayiş etdirə bilmədik, buna görə komanda tənqidlərə məruz qaldı. Ümid edirəm ki, öz futbol xoşbəxtliyimi "Everton"da taparacağam".
Qeyd edək ki, 27 yaşlı Morqan Şneyderlen 2015-ci ilin iyulunda "Sautqempton"dan "Mançester Yunayted"ə keçib və "qırmızı şeytanlar"ın heyətində 50 matça çıxıb.