cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Millimiz İrana qalib gəlib

15.01.2017 17:22 Oxundu 2065

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-16-cı yerlər uğrunda mərhələdə bu gün İran komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın minimalhesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada vurulmuş yeganə qolun müəllifi Doğukan Öksüz olub.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.