cümə axşamı, 30 aprel 2026

BİZİM FUTBOL

Kamran Ağayev "Neftçi"də çıxış edəcək

15.01.2017 17:48 Oxundu 2043

Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. apasport-un əldə etdiyi məlumata görə, "qolkiper" "Neftçi"də çıxış edəcək.Artıq tərəflər arasında razılıq əldə olunub. “Ağ-qaralar” bu keçidə görə “Boavişta”ya müəyyən məbləğ ödəyəcək.“Çərçivə qoruyucusu”nun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir. Qeyd edək ki, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.