15.01.2017 18:43
2184
2184
"Arsenal"ın və Almaniya millisinin yarımmüdafiəçisi Məsud Özil 2016-cu ilin yekunları üzrə ən yaxşı oyunçu seçilib. Bu barədə Almaniya mətbuatı məlumat verib. Məlumata görə Özül 54,5% -ni toplamaqla millinin oyunçusu Toni Krossu ("Real") və Yonas Xektoru ("Köln") qabaqlayıb. Beləliklə, 28 yaşlı Özil 5-ci dəfə (2011, 2012, 2013, 2015, 2016) ölkənin ən yaxşısı olub. Onu da qeyd edək ki, o bu uğurları Arsenalın heyətində çıxış edərkən əldə edib.