cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Bankirlər” “Ordabaşı” ilə sülh bağladı

15.01.2017 19:17 Oxundu 2204

Türkiyədə hazırlıqlarını davam etdirən “İnter” bu gün ilk yoxlama matçını keçirib. “Bankirlər”in ilk rəqibi Qazaxıstanın “Ordabaşı” klubu olub. 1998-ci ildə qurulmuş Çimkənd təmsilçisi hazırda Qazaxıstan Premyer Liqasında çıxış edir. Klub son mövsümü 4-cü pillədə başa vurub. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Ordabaşı” yanvarın 19-da daha bir Azərbaycan təmsilçisi - “Qəbələ” ilə də qarşılaşacaq.

Hazırlıq oyunu

“İnter” – “Ordabaşı” (Qazaxıstan) - 0:0

“İnter”: Səlahət Ağayev, İlkin Qırtımov, Denis Silva, Tərlan Quliyev, Slavik Alxasov, Adrian Skarlatake, Elnur Abdullayev, Nizami Hacıyev, Fuad Bayramov, Mirsahib Abbasov, Rauf Əliyev