cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Yeni transferi "Qarabağ"a qələbə qazandırdı

15.01.2017 19:23 Oxundu 2058

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Komanda bu gün hazırlıq prosesində ilk yoxlama oyununu keçirib. "Qarabağ" Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb. "Qarabağ"ın yeni transferi Ağabala Ramazanovun 43-cü dəqiqədə vurduğu qol matçda yeganə olub: 1:0

Hazırlıq oyunu

“Qarabağ” – “Şkenderbeu” (Albaniya) - 1:0

Qol: Ağabala Ramazanov, 43

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana