cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” "Kukesi” ilə bacarmadı

15.01.2017 20:38 Oxundu 2077

"Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Komanda Albaniyanın "Kukesi” klubu ilə qarşılaşıb. "Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüş 2:4 hesablı məğlubiyyətlə nəticələnib. "Neftçi”nin qollarını Zdenek Folprext (29-cu dəqiqə) və Cavid İmamverdiyev (31-ci dəqiqə) vurublar.

Komandamız bu heyətlə çıxış edib: 33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 6.Pavel Dreksa, 15.Ruslan Abışov (K) (3.Jairo Rodriges, 46), 29.Georgi Navalovski, 87.Kirilo Petrov, 80.Edson Kastilyo (23.Tərzin Cahangirov, 46), 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev (19.Fəhmin Muradbəyli, 60), 9.Namiq Ələsgərov, 10.Cavid İmamverdiyev (11.İqnasio Herrera, 60).