cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Zinəddin Zidan: Bu, "Real" üçün çox ağrılı məğlubiyyət oldu"

16.01.2017 07:01 Oxundu 1658

"Real"ının baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının 18-ci turunda "Sevilya" ilə səfər oyunundan sonra çox həyəcanlı olub. Qeyd edək ki, onun komandası oyunun 85-ci dəqiqəsinədək 1:0 hesabı ilə irəlidə olub, lakin sonradan hər şey dəyişib. Belə ki, komanda iki qol buraxaraq, məğlub olub. Zidan bununla bağlı deyib: "Qələbə üçün bizə beş dəqiqə çatmadı. Bu, "Real" üçün çox ağrılı məğlubiyyət oldu. Amma bilirdik ki, nə vaxtsa bizi məğlubiyyət gözləyir. Bu məğlubiyyət bizi daha məsul çalışmağa sövq edəcək. Onu da deyim ki, mövsümün sonunadək bizə heç də asan olmayacaq".