16.01.2017 08:58
1819
1819
"Real"ın baş məşqçisi Zinəddin Zidan müdafiəçi Serxio Ramosun oyunundan çox razı olduğunu bildirib: "Mən kapitanımızla çox fəxr edirəm. Top onun başına dəyərək qapımızdan keçməsini dəqiq bilmirəm. Amma bunda qorxulu heç nə yoxdur. Futbolda belə hallar olur. Növbəti oyun haqqında düşünmək lazımdır. Qələbə münasibətilə "Sevilya"nı təbrik etməliyik".
Qeyd edək ki, dünən İspaniya çempionatının 18-ci turunda "Real" "Sevilya"ya 1:2 hesabı ilə uduzub. Ramos bu oyunda avtoqolla yadda qalıb.