cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Kamran Ağayev: "Neftçi" ilə bağlı xəbərlər doğru deyil"

16.01.2017 09:29 Oxundu 1730

Milli komandamızın və "Boavişta" futbol klubunun üzvü Kamran Ağayev AFFA Facebook səhifəsinə son günlərdə azarkeşləri maraqlandıran suallarla bağlı fikirlərini bildirib:

- Hazırda klubda vəziyyət yaxşıdır. Son oyunda oyun boyu irəlidəydik, ancaq bəxtimiz gətimədi. "Benfika" dünyada tanınmış, avropada sözünü demiş komandadır. "Benfika"dan 1 xal almaq da yaxşı nəticədir. Ümumiyyətlə, abu-hava yaxşıdır, heç bir problem yoxdur. Komandama bağlıyam və onun uğurları üçün çalışırami

- Oyundan sonra xoşagəlməz hadisə yaşandı. Hamı deyir ki Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hissləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn, Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət elədiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa xalqımdan üzr istəyirəm. Əlbəttə ki, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq nəzərə almaq lazımdır ki, "Benfika" çempionluğa oynayan komandadır. 65000-in azarkeşin önündə 3 top geridə olmaqları və sonra qalib gələ bilməməkləri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı;

- "Neftçi" ilə bağlı xəbərlər doğru deyil, bu məsələ ilə bağlı danışığımız olmayıb. Hazırda Boavişta futbol klubunun üzvüyəm, mövsümün sonuna qədər müqaviləm var. Mövsümün sonunda nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm.