cümə, 16 yanvar 2026

VOLEYBOL

Millimiz yarışı 0 xalla başa vurub

16.01.2017 10:48 Oxundu 1928

Qadınlardan ibarət U-18 voleybol yığmaları arasında keçirilən Avropa Çempionatının (AÇ) II seçmə mərhələsinin oyunları başa çatıb. Rumıniyanın Ploieşti şəhərində baş tutan "E" qrupunun sonuncu oyun günündə Azərbaycan millisi Rumıniya ilə qarşılaşıb. Görüş meydan sahiblərinin tam üstünlüyü şəraitində keçib və Rumıniya millisi 3:0 hesabı ilə qələbə qazanıb (25:4, 25:12, 25:13). Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib. "E" qrupunda Rusiya millisi 8 xalla 1-ci, Rumıniya millisi 7 xalla 2-ci, Portuqaliya yığması isə 3 xalla 3-cü yeri tutub. Rumıniya millisi AÇ-nin final mərhələsini çıxacaq 3 ən yaxşı 2-ci yerin sahibi kimi hələ ki, şansını saxlayır. Azərbaycan millisi yarışı 0 xal ilə sonuncu pillədə başa vurub.

Rusiya

3

3

0

9-2

260-164

8

Rumıniya

3

2

1

8-3

247-183

7

Portuqaliya

3

1

2

3-6

168-182

3

Azərbaycan

3

0

3

0-9

79-225

0