16.01.2017 12:12
2201
2201
Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən "Neftçi” PFK-nın düşərgəsinə baxışa yeni futboçu cəlb edilib. Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komandamızla birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir. Qeyd edək ki, Kardozo karyerası ərzində Paraqvayın "Takuaru”, "Serro Porteno”, "Nasional”, "Deportivo Kapiata”, Portuqaliyanın "Penafiel”, "Vitoria Setubal”, "Moreirense” və Perunun "Leon Huanuco” kimi klubların şərəfini qoruyub.