16.01.2017 12:32
1758
1758
Zaur Svanadze: "İlk yoxlama matçından razı qaldım"
1758
Məlumat verdiyimiz kimi, bu gün "İnter"FK toplanış çərçivəsində ilk yoxlama matçını keçirdi. Qazaxıstanın "Ordabası"FK ilə qarşılaşan "İnter" meydandan qolsuz bərabərliklə ayrıldı. Oyundan sonra "İnter"FK-nın baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqladı: "Komanda ilk yoxlama oyununu keçirdi. İlk oyun üçün kifayət qədər normal oynadıq. Hər iki hissədə fərqli heyətlə çıxdıq, Zurab Xizanişvili istisna olmaqla, hamıya şans verdik. Müdafiədə çox ciddi oynadıq, demək olar, səhvə yol vermədik. Bütövlükdə ilk yoxlama matçından razı qaldım."