cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Forlan:"Suares - dünyada doqquzluğu nişan alan ən yaxşı oyunçudur"

16.01.2017 13:02 Oxundu 1703

Madridin "Atletiko" və "Mançester Yunayted"in sabiq hücumçusu Dieqo Forlan "Barselona"nın oyunçuları - Lionel Messi və Luis Suareslə bağlı fikirlərini bölüşüb. Forlan şübhə etmir ki, Argentina yığmasının bu iki oyunçusunun dünyada tayı-bərabəri yoxdur: "Şübhəsiz, dünyanın ən yaxşı futbolçususu Messidir. Bundan başqa, öz amplualarında fərqlənən digər oyunçulara da diqqət yetirmək lazımdır. Amma əgər birini seçməli olsaq, onda bu, Messi olar. Kriştianu Ronaldu, Neymar və Luis Suares öz komandalarında mühüm rol oynayır, amma Messi hamıdan üstündür. Suares - dünyada doqquzluğu nişan alan ən yaxşı oyunçudur. O, əla vəziyyətdə olan komandada çıxış edir. Luis həm idman, həm də digər baxımdan çox inkişaf etməlidir ki, meydanda daha çox diqqət çəksin".