cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Aleksandr Səmədov: "Doğma kollektivimə qayıtmağıma çox sevinirəm"

16.01.2017 13:23 Oxundu 1803

"12 ildən sonra doğma kollektivimə qayıtmağıma çox sevinirəm. Ümid edirəm ki, "Spartak"da hər şey uğurlu alınacaq". Bu sözləri Aleksandr Səmədov deyib. Qeyd edək ki, Moskva "Spartak"ı "Lokomov"in azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədovu transfer edib. Bu haqda klubun saytı məlumat yayıb. Rusiya millisinin də üzvü olan Səmədovla müqavilə 2017-ci ilin yanvarın 18-də qüvvəyə minəcək. Müqavilənin müddəti və dəyəri haqda məlumat verilməyib. 32 yaşlı Səmədov "Spartak"ın yetirməsidir. O, 2001-2005-ci illərdə də bu klubda çıxış edib. Yeri gəlmişkən onu da bildirək ki, "Lokomotiv" futbol klubu öz rəsmi saytında ona uğurlar diləyib.