şənbə, 11 iyul 2026

BİZİM FUTBOL

Yusif Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıb

16.01.2017 14:36 Oxundu 2134

Futzal üzrə FIFA referisi Yusif Nurullayev Avropa çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. Gürcüstan, Şotlandiya, İsveçrə və İsrail yığma komandalarının mübarizə aparacağı bu qrupun oyunları yanvarın 23-dən 28-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil ediləcək.