2652
"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata hesab edir ki, onun komandası "Liverpul"a qarşı oyunda qələbə qazana bilərdi. Bir daha xatırladaq ki, dünən keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb: "Liverpul" penalti ilə hesabı açdı, biz birinci hissənin sonunadək hesabı bərabərləşdirmək şansından istifadə edə bilmədik. Son dəqiqələrdə qələbəyə nail olmaq üçün rəqibi sıxdıq. Zlatan hesabı bərabərləşdirdi. Hiss edirdik ki, oyun bir az çox davam edirsə, biz qələbə qazana bilərik. Məqsədimiz üç xal qazanmaq idi. Ola bilsin ki, biz yaxşı futbol görmədik, amma oyun gərgin alındı. İndi biz hamımız növbəti görüş barədə düşünməliyik. Komanda sonadək vuruşdu, "Old Trafford" də həmişəki kimi yenə də bizimlə idi".