16.01.2017 16:50
2220
2220
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) Mərkəzinin versiyasına görə, "Barselona"nın oyunçusu Neymar dünyanın ən bahalı futbolçusudur - 246,8 milyon avro. 100 nəfər futbolçunun yer aldığı siyahıda ikinci yerdə Messi (170,5 milyon avro), üçüncü yerdə isə "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba (155,3 milyon) qərarlaşıb. Bu ilin "Qızıl" top" və "Ən yaxşı" oyunçu mükafatlarının sahibi Ronaldo isə yeddincidir - 126,5 milyon avro. İlk onluqdakı digər futbolçuları təqdim edirik.
4. Qrizmann Atletiko 150,4
5. Suares Barselona 145,2
6. Harri Keyn Tottenhem 139,2
7. Ronaldo Real 126,5
8. Dibala Yuventus 113,8
9. Dele Alli Tottenhem 110,5
10. Eden Azar Çelsi 101,5