2091
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama matçını keçirib. Belə ki, baş məşqçi Samir Abasov Özbəkistan çempionatının bürünc mükafatçısı “Nasaf”la qarşılaşmada yetirmələrini sınaqdan keçirib. Qarşılaşma "Sumqayıt"ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında “Şkenderbeu”ya (Albaniya) 1:3 hesabı ilə məğlub olmuşdu. “Nasaf” isə yanvarın 11-də Topaz Premyer Liqasının digər təmsilçisi “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
16 yanvar
“Sumqayıt” – “Nasaf” (Özbəkistan) - 0:1
“Sumqayıt”ın start heyəti: Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov, Azər Salahlı, Fərhad Qıstarov, Sergey Çernışev, Nicat Muxtarov, Kamran Abdullazadə, Məhəmməd Qurbanov, Mirabdulla Abbasov