2219
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə Özbəkistan klubu “Nasaf”la qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub. Oyunla bağlı “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov deyib: “Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olarki bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdir ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olarki bütün tapşırıqların öhdəsindən gəldi. İrəliləyişi artıq hiss edirik. İnşallah, çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.
Xatırladaq ki, “Sumqayıt” FK Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.