17.01.2017 06:31
2027
2027
"Neftçi"nin keçmiş qolkiperi, 65 yaşlı Vyaçeslav Çanov Rusiyanın Tula şəhərini təmsil edən "Arsenal" komandasına qapıçılarla işləyən məşqçi təyin olunub. Onun yetirmələri arasında hazırda MOİK və Rusiya yığmasının qapısını qoruyan İqor Akinfeyev də var. Çanovun son iş yeri də MOİK olub. "Arsenal"da isə təcrübəli mütəxəssisin yetirməsi Vladimir Qabulov olacaq.
Qeyd edək ki, əslən Rusiyadan olan Vyaçeslav Çanov 1985-1986-cı illərdə "Neftçi"də çıxış edib. O, 33 oyuna 35 top buraxıb. Çanov 1981-ci ildə SSRİ-nin ən yaxşı qapıçısı sayılıb.