17.01.2017 07:09
1535
1535
"Barselona" və "Atletiko" "Çelsi"nin 28 yaşlı hücumçusu Dieqo Kosta ilə maraqlanır. Amma onlardan heç biri mövsümün sonunadək ondan faydalana bilməyəcəklər. Çünki Kostanın "Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Bir daha xatırladaq ki, Kosta ilə "Çelsi"nin baş məşqsisi Konte arasında gərginlik yaşanır. Bu gərginliyə səbəb çiyninin ağrısından şikayətlənən Kostanın həkimlərin rəyi ilə razılaşmaması, üstəlik, bu məsələdə baş məşqçinin tibbi heyəti müdafiə etməsi olub. Həmçinin belə bir məlumat da var ki, Kosta Çin klublarından birinə keçmək istəyir. Amma Konte deyib ki, Kosta hələ ki fərdi məşq edir və aramızda heç bir konflikt yoxdur.