17.01.2017 07:46
1603
1603
"Mançester Yunayted"in sabiq baş məşqçisi, 65 yaşlı Lui van Qaal məşqçilik karyerasını başa çatdırdığını bildirib. Hollandiyalı baş məşqçi ötən il belə bir qərar qəbul etmək fikrinə düşdüyünü də vurğulayıb. Lui van Qaal bu məsələnin ailəsi ilə bağlı olduğunu da diqqətə çatdırıb.Qeyd edək ki, onun sonunçu iş yeri 2014-cü ildən rəhbərlik etdiyi "Mançester Yunayted" olub. O bu komandadan ötən ilin mayında ayrılıb.
Xatırladaq ki, məşqçilik karyerasına 1986-cı ildən "Ayaks"da başlayan Lui van Qal Avropanın bir sıra komandalarında ("Ayaks", "Barselona", "Bavariya", "Mançester Yunayted") uğurlara imza atıb.